O fabrik həmin ölkəyə 5 milyard dollar qazandıracaq
Bir neçə saat əvvəl Ermənistanın Qaqarin kəndində 70 milyon dollarlıq sərmayə ilə ilk süni intellekt fabriki açıldı.
ERAmedia xəbər verir ki, bu barədə məzuniyyətdə olan, iqtidardakı Vətəndaş Müqaviləsi Partiyasından qarşıdakı parlament seçkilərində proporsional namizədlər siyahısına liderlik edən Baş naziri Nikol Paşinyan Yerevandakı bugünkü mitinqdə bildirib.
Onun sözlərinə görə, növbəti süni intellekt fabriki Hrazdan şəhərində açılacaqq və bunun Ermənistan üçün potensial olaraq 5 milyard dollara qədər gəlir gətirəcək. “Bu o deməkdir ki, Ermənistan texnoloji və iqtisadi transformasiya mərhələsinə daha da fəal şəkildə qədəm qoyur”- deyə, Paşinyan əlavə edib.
Baş nazir, regionda NVIDIA Blackwell B300 prosessorundan istifadə edən ilk AMD fabrikinin Ermənistanda açıldığını da mitinq iştirakçılarının diqqətinə çatdırıb.
Ural Dəyirmançı










