media-image1170x530cropped

Mavritaniyanın keçmiş xarici işlər naziri İsmayıl Ould Şeyx Əhməd yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi seçilib və bu vəzifədə Hüseyn İbrahim Tahanı əvəz edib.

 ERAmedia xəbər verir ki, qərar Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən təşkilatın mənzil-qərargahında İƏT Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası zamanı qəbul edilib.

65 yaşlı mavritaniyalı diplomat İƏT-in rəhbəri kimi beşillik müddət ərzində fəaliyyət göstərəcək.


media-adspc

Bənzər xəbərlər