media-pashinianii

 

Ermənistanda 7 iyun tarixində keçirilən parlament seçkilərinin ilkin nəticələri ölkədə siyasi mənzərənin dəyişməsinə dair müzakirələri yenidən gündəmə gətirib.

Politoloq Zaur Bayramlı ERAmedia-ya açıqlamasında bildirib ki, seçkilərin nəticələri Ermənistanın daxili siyasi kursu ilə yanaşı, regiondakı sülh gündəliyinə də birbaşa təsir göstərə biləcək mühüm mərhələ kimi qiymətləndirilir.

Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının üstünlük qazanması Ermənistan cəmiyyətinin revanşist yanaşmalardan uzaqlaşdığını və sülh prosesinə daha real yanaşma nümayiş etdirdiyini göstərir.

Müsahibə zamanı qeyd olunub ki, bu siyasi nəticələr Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq perspektivlərinin güclənməsi baxımından əhəmiyyət daşıyır. Bildirilib ki, Ermənistan seçicisinin verdiyi qərar regionda yeni kommunikasiya və iqtisadi inteqrasiya imkanlarını gündəmə gətirə bilər.

Zaur Bayramlı həmçinin vurğulayıb ki, mövcud sülh gündəliyinin formalaşmasında Azərbaycanın diplomatik təşəbbüsləri və Prezident İlham Əliyevin siyasi xətti mühüm rol oynayıb. Onun fikrincə, bu yanaşma regionda yeni reallığın formalaşmasına təsir göstərib və tərəfləri daha praqmatik siyasətə yönəldib.

Ekspert qeyd edib ki, seçkilərdən sonra Ermənistanın qarşısında sülh sazişi istiqamətində konkret addımlar, sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin regional kommunikasiyaların açılması kimi məsələlər dayanır.

Onun sözlərinə görə, bu proseslərin sürətlənməsi Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsinin başlanğıcı ola bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər