media-peskov-768x403

2 iyun gecəsi Rusiyanın hücum PUA-ları və müxtəlif növ hava, dəniz, quru raketlərdən istifadə edərək Ukraynaya daha bir kütləvi qanlı hücumu baş verib.  

ERAmedia xəbər verir ki, Rusiya tərəfinin atdığı 729 PUA-dan 642-nin məhv edildiyi son kütləvi hücumdan sonra Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın hansı halda müharibəni bitirə biləcəyi ilə bağlı sualı “günün sonuna qədər”- deyərək, cavablandırıb: “Biz də bu barədə dəfələrlə danışmışıq və prezident (Putin- red.) xarici işlər nazirliyinin rəhbərliyinə müraciətində bu barədə danışıb. Bunun üçün Zelenski (Ukrayna Prezidenti-red.) Silahlı Qüvvələrinə Rusiya bölgələrindən (rusların ilhaq etmək istədiyi bölgələr, o cümlədən Donbas nəzərdə tutulur – red.) geri çəkilməyi əmr etməlidir”.

Xatırladaq ki, Rusiyanın Kiyevə bütün gecəboyu hava hücumu nəticəsində altı nəfər həlak olub, daha 79 nəfər yaralanıb.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər