media-kene-isirmasi-nasil-anlasilir-belirtileri-ve-tedavisi-ne-cover

Qazaxıstanın Çimkənd şəhərində 2026-cı ilin ilk beş ayı ərzində 475 nəfər gənə dişləməsi ilə bağlı tibbi yardım alıb.

ERAmedia  xəbər verir ki, bu barədə ölkənin “Kazinform” agentliyi məlumat yayıb. Şəhər rəsmiləri Krım-Konqo hemorragik qızdırması hallarının qeydə alınmadığını bildiriblər. Hadisələrin əksəriyyəti vətəndaşların açıq ərazilərdə istirahəti və kənd təsərrüfatı fəaliyyəti zamanı baş verib.

Bölgədə profilaktik tədbirlər gücləndirilib. 4,6 milyon kvadratmetr ərazi dezinfeksiya olunur və 152 mindən çox heyvanın emalı planlaşdırılır.

 


media-adspc

Bənzər xəbərlər