media-17805102396380946982_1200x630

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

ERAmedia Qırğızıstan mediasına istinadla məlumat verir ki, ölkə bu nailiyyətə dördüncü cəhddə çatıb.

Asiya-Sakit Okean regionundan ayrılan yerə Qırğızıstan və Filippin namizədliyini irəli sürmüşdü. Bişkek 142 səs, Manila isə 49 səs toplayıb.

BMT Baş Assambleyası 2027-2028-ci illər üçün Təhlükəsizlik Şurasına 5 yeni qeyri-daimi üzv seçib. Avstriya, Portuqaliya, Zimbabve, Trinidad və Tobaqo ilə yanaşı Qırğızıstan da Şuraya daxil olub.

Qırğızıstan Prezidenti Sadır Japarov bu münasibətlə yazıb: “Biz BMT tarixinin yeni səhifəsinin yazılmasında iştirak edəcəyik. Təbrik edirəm, həmvətənlər!”


media-adspc

Bənzər xəbərlər