media-pasinyan

İlk növbədə, Rusiya ilə münasibətlərimizin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsində maraqlı olduğumuzu bir daha təsdiqləmək istərdim. Bununla belə, etiraf etməliyik ki, son bir neçə il ərzində regionumuzda, xüsusilə də Ermənistan ətrafında vəziyyət dəyişib.

ERAmedia xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

“Biz hesab edirik ki, vəziyyətə bu yeni prizmadan yanaşmaq zəruridir. Çünki münaqişənin davam etdiyi dövrdə Rusiya ilə Ermənistan arasındakı münasibətlərin xarakteri fərqli idi. İndi isə regionda sülh bərqərar olub və biz hesab edirik ki, vəziyyətə yenidən nəzər salmağın vaxtı çatıb. İnanıram ki, bu, əlaqələrimizin inkişafına təkan verəcək. Biz münasibətlərimizi dərinləşdirməyə və inkişaf etdirməyə sadiqik və bu, böyük əhəmiyyət kəsb edir”, – deyə qeyd edib.


media-adspc

Bənzər xəbərlər