Rəsmi İran saytı iki polisin öldürüdüyü xəbərini YAYDI
İslam Respublikasının cənub-qərbindəki Çaharmahal və Bəxtiyariyə əyalətlərinin Lordeqan şəhərində etirazçıların İran təhlükəsizlik qüvvələrinə atəş açması nəticəsində iki nəfər ölüb, 30 nəfər yaralanıb.
ERAmedia xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Xəbərdə deyilir: “Lordeqanda etirazçıların təhlükəsizlik qüvvələrinə atəş açması nəticəsində iki nəfər ölüb, 30 nəfər yaralanıb”.
Agentlik əlavə olaraq qeyd edib ki, bir neçə etirazçı odlu silahla silahlanıb və etirazın ən qızğın vaxtında onlar polisə atəş açmağa başlayıblar.
Məlumatda etirazçıların bir neçə inzibati binaya da ziyan vurduğu bildirilir.
Ural Dəyirmançı









