Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb
Rumıniyanın şərqindəki Qalati şəhərində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.
ERAmedia xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyaya məxsus PUA-nın binaya çırpılması nəticəsində partlayış baş verib və mənzillərdən birində yanğın başlayıb, iki nəfər xəsarət alıb. Təxminən 70 sakin binadan təxliyə edilib.
PUA-nın Ukrayna ərazisindən sərhədi keçdiyi qeyd olunub. Rumıniyanın iki F-16 qırıcı təyyarəsi dərhal havaya qaldırılıb və pilotlara hədəfləri vurmaq səlahiyyəti verilib.










