media-45a9e8d6-39bc-4603-a18f-862880eb95c6
Satış rəhbərinin əsas missiyası satışı idarə etmək deyil, satış mədəniyyəti yaratmaqdır. Satış artıq peşəkar prosesdən hobbiyə keçməli, ondan davamlı zövq almalısan!
Peşəkar satış lideri əməkdaşa “daha çox sat” deməklə nəticə əldə etmir. Onun işi satışı insan üçün sadəcə öhdəlikdən çıxarıb, peşəkar marağa və inkişaf prosesinə çevirməkdir.
Bu romantik yanaşma deyil. Əksinə, bu, ən çətin liderlik məsələlərindən biridir.
Çünki təzyiq ilə idarə olunan satış komandası qısa müddətdə rəqəm gətirə bilər, amma uzunmüddətli perspektivdə yaradıcılığı, təşəbbüsü və enerjini itirir. Davamlı yüksək performans isə yalnız insan öz işində məna, inkişaf və peşəkarlıq hiss etdikdə yaranır.
Güclü satış rəhbəri yalnız hədəfləri aşağı salmır, insanları yuxarı qaldırır. O, təzyiq mühiti deyil, qalib gəlmək istəyi yaradır.
Ən yaxşı satış komandalarında insanlar “mən bu işi etməliyəm” düşüncəsi ilə deyil, “mən bu oyunda daha yaxşı olmaq istəyirəm” düşüncəsi ilə işləyirlər.
Çünki satış sadəcə rəqəmlər oyunu deyil. Satış — insan enerjisinin, inamının və liderliyin nəticəsidir.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant

media-adspc

Bənzər xəbərlər