media-1749965378_1746163973_cay-sel

Hindistanda sel fəlakəti ilə mübarizə aparan ailələr bu dəfə yardım paketindən çıxan dərman səbəbindən qorxu yaşayıb.

ERAmedia xəbər verir ki, Uttar-Pradeş ştatının Kanpur şəhərində səhiyyə əməkdaşlarının payladığı öskürək siropunu qəbul edən bəzi uşaqların vəziyyətinin pisləşdiyi iddia olunur.

Hadisə Kanpurun Mayapuram ərazisində baş verib. Səhiyyə əməkdaşları selin zərər vurduğu təxminən 20 ailəyə dərman paylayıb. Ailələr onlara verilən öskürək siropunun son istifadə tarixinin 2026-cı ilin iyulunda başa çatdığını aşkar ediblər.

İddiaya görə, siropu qəbul edən 4 yaşlı uşaq qısa müddət sonra qusmağa başlayıb. Vəziyyəti pisləşdikdən sonra ailəsi uşağı özəl həkimə aparıb. Eyni ərazidə 3 yaşlı iki uşağın da dərmanı qəbul etdikdən sonra narahatlandığı bildirilib.

Uşaqların ard-arda səhhətinin pisləşməsi məhəllədə təşvişə səbəb olub. Bəzi ailələr paylanan sirop və digər dərmanları tullayıblar. Səhiyyə əməkdaşları ertəsi gün əraziyə yenidən gəldikdə isə sel zərərçəkənləri dərmanları qəbul etməkdən imtina ediblər. Ailələr uşaqlarının həyatını riskə ata bilməyəcəklərini bildirərək etiraz ediblər.

Kanpurun Baş səhiyyə məmuru Haridutt Nemi hadisədən xəbərdar olduqlarını və məsələ ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər