Serj Sakisyanın 21 il əvvəlki qərarı LƏĞV olundu
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistan Baş Prokurorluğunun Dövlət Maraqlarının Müdafiəsi Departamenti tərəfindən qaldırılan daha bir iddianı təmin etdi.
ERAmedia xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.
O da bildirilir ki, qərar qüvvəyə mindikdən sonra Ermənistan Respublikasının xeyrinə 786.000 dollara bərabər olan 297.980.000 dram məbləğində vəsait geri alınacaq.
Xatırladılır ki, Baş Prokurorluğun Dövlət Maraqlarının Müdafiəsi Departamenti Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə iddia qaldıraraq, 17 dekabr 2005-ci ildə Ermənistanın keçmiş müdafiə naziri Serj Sarkisyanla fiziki şəxs arasında imzalanmış Yerevanın Malatiya-Sebastiya rayonundakı Admiral İsakov prospektində 1.4514 hektar torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız elan edilməsini tələb edib.
Məhkəmə Baş Prokurorluğun tələbini təmin edərək alqı-satqı müqaviləsini etibarsız elan etdi və müqavilənin etibarsızlığı nəticəsində torpaq sahəsinin dəyərini şəxsdən Ermənistan Respublikasının xeyrinə 297 milyon 980 min dram məbləğində geri almaq qərarına gəlib.
Ural Dəyurmançı









