media-d67dce1a-e9d4-4c90-a00f-97fb78385ab6

Səudiyyə Ərəbistanı Krallıq Ailəsinə aid olduğu bildirilən, təxminən 150 milyon dollar dəyərində ultra-lüks yaxta “Solandge” Solandge Bodrum Bodrum körfəzlərində görüntülənib. Nəhəng ölçüsü və möhtəşəm görünüşü ilə diqqət çəkən yaxta ətrafdakıların marağına səbəb olub.

ERAmedia xəbər verir ki, 2013-cü ildə Almaniyada inşa edilən 85 metr uzunluğundakı bu super lüks yaxta “dənizlərin üzən sarayı” kimi xarakterizə olunur. Bildirilir ki, yaxta Səudiyyə Ərəbistanı Krallıq Ailəsi üzvü olan şahzadə Mükirin bin Əbdüləzizə Al-Səuda məxsusdur.

Daxili dizaynı və avadanlıqları ilə də diqqət çəkən yaxtada tam təchizatlı SPA mərkəzi, geniş hovuz, rəqs meydançası və xüsusi VIP suitlər mövcuddur. Yalnız 12 seçilmiş qonağı qəbul edə bilən yaxta, dənizdə beşulduzlu otel səviyyəsində komfort təqdim edir. Gəmidə 29 nəfərlik peşəkar ekipaj xidmət göstərir.

Təxminən 150 milyon dollar dəyərində olan yaxtanın Bodrum sahillərindəki hərəkəti həm yerli sakinlər, həm də turistlər tərəfindən maraqla izlənilib. Şahzadə Mükirin bin Əbdüləzizin yaxtada olub-olmaması barədə isə rəsmi məlumat verilməyib.


media-adspc

Bənzər xəbərlər