Sındırqıda ZƏLZƏLƏ olub
Türkiyənin Balıkəsir vilayətinin Sındırqı rayonunda yenidən zəlzələ baş verib.
ERAmedia xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsi) məlumat yayıb.
Bildirilir ki, səhər saat 04:44-də qeydə alınan 3,5 bal gücündə zəlzələnin dərinliyi 10,17 kilometr olub.










