media-17886707771557647901_1200x630

Solomon dənizindəki Solomon adalarında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

ERAmedia xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Moskva vaxtı ilə saat 07:05-də qeydə alınan zəlzələnin episentri Solomon Adalarının paytaxtı Honiara şəhərindən 332 km cənub-şərqdə yerləşib.

Episentrdəki təkanın intensivliyinə əsasən, seysmik hadisə “dağıdıcı” kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin gücünün 5,6 bal olduğunu, ocağının isə 38,5 kilometr dərinlikdə yerləşdiyini bildirib.


media-adspc

Bənzər xəbərlər