media-tramp_2

ABŞ Prezidenti Donald Tramp Ayda onun şərəfinə hansısa obyektin adlandırılmasını arzuladığını bildirib.

ERAmedia xəbər verir ki, Tramp bu açıqlamanı Hyustondakı NASA-nın Conson Kosmik Mərkəzində “Artemis II” missiyasının heyətinin Konqresin Kosmik Şərəf Medalı ilə təltif olunması mərasimində verib.

Mərasim zamanı “Artemis II” missiyasının komandiri Rid Vizmanın mərhum həyat yoldaşı Kerroll Vizmanın xatirəsinin əbədiləşdirilməsi məsələsindən danışılıb. Missiyanın heyəti Ayda bir kraterə Kerroll adının verilməsini təklif edib.

Tramp isə buna münasibət bildirərkən deyib: “Kaş mənim şərəfimə də belə bir şey adlandırsınlar”.

“Artemis II” missiyasının dörd nəfərlik heyəti – NASA astronavtları Rid Vizman, Viktor Qlover, Kristina Kox və kanadalı astronavt Ceremi Hansen apreldə Ayın ətrafında 10 günlük uçuş həyata keçirib. Bu, insanların 50 ildən çox fasilədən sonra Aya qayıtmasını nəzərdə tutan ilk missiya olub.


media-adspc

Bənzər xəbərlər