media-telemmglpict000468769152_17727390290940_trans_nvbqzqnjv4bqz9xl2x431wtpnfe7gdjfddhhmh81y8gqx3ipa8ymo0k

ABŞ Maliyyə Nazirliyinin ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibənin Körfəz ölkələrində vurduğu ziyanın aradan qaldırılması və yenidənqurma işlərində Tehrana məxsus aktivlərdən istifadə imkanını nəzərdən keçirdiyi iddia olunur.

ERAmedia xəbər verir ki, “CBS News”un məlumatına görə, ABŞ-ın maliyyə naziri Skott Bessentin ətrafından adları açıqlanmayan mənbələr bildirib ki, Bessent nazirliyə müharibənin başlanmasından bəri İranın Körfəz regionu ölkələrinə vurduğu ziyanın təxmini maliyyə dəyərinin hesablanması ilə bağlı tapşırıq verib.

Mənbələrin sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi İranın Körfəz ölkələrində vurduğu ziyanın bərpası və yenidənqurma işlərinin maliyyələşdirilməsi məqsədilə Tehrana məxsus aktivlərdən istifadə olunması niyyətini qiymətləndirir.

Həmin aktivlərin banklarda dondurulmuş vəsaitlər, neft tankerləri və ya digər maliyyə resurslarını əhatə edib-etmədiyi barədə isə hələlik ətraflı məlumat verilməyib.

Məsələ ilə bağlı ABŞ Maliyyə Nazirliyi tərəfindən rəsmi açıqlama yayılmayıb.


media-adspc

Bənzər xəbərlər