Tramp İrlandiyaya gedir - Qolf turnirini izləyəcək
ABŞ Prezidenti Donald Trampın 12-13 sentyabr tarixlərində İrlandiyaya səfər edəcəyi gözlənilir.
ERAmedia xəbər verir ki, bununla bağlı “New York Post” ABŞ administrasiyasındakı adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ lideri səfər çərçivəsində İrlandiyada keçiriləcək “Irish Open” qolf turnirini izləməyi planlaşdırır.
Qeyd olunub ki, turnirin final mərhələsi Trampa məxsus qolf meydançasında təşkil olunacaq.









