media-gettyimages-1152906866_wide-36601e18f7130d77c99fb1b76072876ad3e4538d

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın lideri Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb.

ERAmedia-nın məlumatına görə, o, Şimali Koreyanı nüvə silahı proqramından imtina etməyə inandırmaq üçün diplomatik səylərinin canlanacağını bildirib.

Tramp əlavə edib ki, Şimali Koreyanın nüvə arsenalına keçmiş prezidentlər heç vaxt icazə verməməli idilər.

“Mən onunla çox yaxşı yola gedirəm. Ağıllı prezidentimiz olduğu müddətcə o da yaxşı olacaq”,- deyə Tramp vurğulayıb.


media-adspc

Bənzər xəbərlər