Trampa ŞOK - Bir ilk yaşandı
ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda “New York Knicks” ilə “San Antonio Spurs” arasında NBA Finalının üçüncü oyununu “Madison Square Gardenda” izləyib. Onun matça gəlişi təkcə basketbol gündəmini deyil, ABŞ siyasətini də diqqət mərkəzinə gətirib.
ERAmedia xəbər verir ki, ABŞ mediasının məlumatına görə, Donald Tramp oyunu Knicks klubunun sahibi Ceyms Dolanın lojasından izlədiyi bildirilir. Milli himn zamanı stadionun böyük ekranında göstərilən Tramp tamaşaçılar tərəfindən əvvəlcə “USA” şüarları ilə qarşılanıb, lakin daha sonra görüntünün onun üzərində qalması ilə birlikdə gur etiraz səsləri və fitlər eşidilib.
Donald Trampın NBA finalını yerində izləməsi ABŞ tarixində nadir hadisə kimi qeydə alınıb. Bu səbəbdən oyun öncəsi və oyun zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq olunub.
“Madison Square Garden” ətrafında geniş təhlükəsizlik zonası yaradılıb, Manhettenin bir sıra bölgələrində yollar bağlanıb. Arenaya giriş zamanı sərt yoxlamalar aparılıb və tamaşaçılardan tədbirə saatlar öncədən gəlmələri istənilib.
Donald Trampın səfəri səbəbindən planlaşdırılan bəzi azarkeş tədbirləri də ləğv olunub. Təhlükəsizlik səbəbi ilə arenanın ətrafında kütləvi izləmə təşkilatlarının keçirilmədiyi qeyd edilib.
ABŞ mediası həm “Secret Service”, həm də Nyu-York polisinin gün boyu güclü təhlükəsizlik rejimində işlədiyini, bunun isə həm şəhər sakinlərinin, həm də azarkeşlərin gündəlik həyatına təsir etdiyini yazıb.
Donald Trampın idman tədbirlərində etirazlarla qarşılaşması yeni deyil. Son illərdə müxtəlif idman yarışlarında oxşar reaksiyalarla üzləşdiyi bildirilir və bu hadisə ABŞ cəmiyyətindəki siyasi qütbləşmənin növbəti nümunəsi kimi qiymətləndirilir.
Digər tərəfdən, son ictimai rəy sorğularına görə, Donald Trampın reytinq göstəricilərinin aşağı səviyyələrə yaxınlaşdığı və xüsusilə xarici siyasət gərginliklərinin iqtisadi təsirlərinə dair narahatlıqların artdığı qeyd olunur.
Matç zamanı isə tamamilə mənfi atmosfer olmayıb. Bəzi azarkeşlər Trampın lehinə şüarlar səsləndirib, digər hissələrdə isə etiraz və dəstək səsləri qarışıq şəkildə eşidilib.









