Trampın bu okeanların adını dəyişdirmək niyyəti var
ABŞ Prezidenti Donald Tramp Atlantik və ya Sakit okeanların adını dəyişdirmək niyyətini açıqlayıb.
ERAmedia xəbər verir ki, bu barədə o, Ontario gölünün adının Amerika gölü olaraq dəyişdirilməsi barədə fərman imzaladıqdan sonra mediaya açıqlamasında deyib.
“Bizim bir körfəzimiz və bir gölümüz var — indi bizə lazım olan tək şey okeandır. Bəlkə də Atlantik və ya Sakit okeanların adını dəyişdirməli olacağıq. Bəlkə də hər ikisini dəyişdirəcəyik”, – deyə o bildirib.









