media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-17578338345379249861_1200x630
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bu gün Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası  Azərbaycanın Şuşa şəhərində öz işinə başlayıb.

ERAmedia xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə baş tutan assambleya türk dünyası sığortaçılarını ilk dəfə geniş tərkibdə bir araya gətirir. Assambleyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının maliyyə requlyatorları və sığorta assosiasiyaları iştirak edirlər.

Assambleya “Türk dünyası sığorta sənayesində requlyativ yanaşmalar” və “Türk Dünyası Sığorta Birliyi: qarşıda duran hədəflər və perspektivlər” adlı 2 panel üzrə müzakirələr təşkil olunacaq. Həmçinin türk dövlətlərinin sığortaçıları arasında birgə sənədin imzalanması da nəzərdə tutulub.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər