media-1788956948_6aa107243c2ee1c0fb72f874

Türkiyənin Super Həvəskar Liqasında çıxış edən “Turgutluspor” klubuna 22 yaşlı Zeynəb Mestan baş məşqçi təyin edilib.

ERAmedia xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Zeynəb Mestan Türkiyə futbolunda kişi komandasına baş məşqçi təyin olunan ən gənc qadın məşqçilərdən biri olub.

Qeyd edək ki, “Turgutluspor” Manisa vilayətinin Turgutlu rayonunu təmsil edir.


media-adspc

Bənzər xəbərlər