Türkiyə millisi böyük hesablı qələbə qazandı
Futbol üzrə dünya çempionatına hazırlaşan Türkiyə millisi yoldaşlıq oyunu keçirib.
ERAmedia xəbər verir ki, “ay-ulduzlular” İstanbulda Şimali Makedoniya seçməsi ilə qarşılaşıb. “Şükrü Saraçoğlu” stadionunda oynanılan görüş qardaş ölkə yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0. Qolları Orkun Kökçü, Can Uzun, Dəniz Gül və Barış Alpər Yılmaz vurublar.
Vinçenzo Montellanın başçılıq etdiyi komanda DÇ-2026 öncəsi son sınaq matçını iyunun 7-də Venesuela yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək üç ölkədə – ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Türkiyə millisi D qrupunda ABŞ, Avstraliya və Paraqvay kollektivləri ilə qarşılaşacaq.









