media-whatsapp-image-2026-02-23-at-15-52-17

Türkiyənin qərbində, Sakarya vilayətində 16 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisədə 13 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.

ERAmedia xəbər verir ki, bu barədə IHA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Alancuma kəndi yaxınlığında TEM avtomagistralında avtobuslar, mikroavtobuslar və yük maşınlarının da daxil olduğu 16 nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində 13 nəfər yaralanıb, 4 nəfər ağır vəziyyətdədir.

İlkin məlumata əsasən, qəzanın səbəbi yol kənarında naməlum şəxslər tərəfindən yandırılmış şinlər səbəbindən görmə məsafəsinin kəskin azalması olub. Sürücülər həmin hissədə qəfil əyləc verdiyindən arxadan gələn nəqliyyat vasitələri vaxtında reaksiya verə bilməyib.

Qəza nəticəsində Ankara istiqamətində avtomagistralda hərəkət uzun müddətə bağlanıb.


media-adspc

Bənzər xəbərlər