Türklər də daxil olmaqla, bu bölgələrə giriş qadağan edildi
Fransa Avropadan kənarda yerləşən xaricdəki ərazilərinə giriş qaydalarını sərtləşdirib.
ERAmedia xəbər verir ki, yeni qaydalara əsasən, Şengen vizası olan şəxslərin bu ərazilərə birbaşa daxil olmasının qarşısı alınıb.
Fransa xaricdəki ərazilərinə tətbiq olunan viza prosedurlarını sərtləşdirərək materikdə qüvvədə olan Şengen rejimini bu ərazilər üçün tamamilə aradan qaldırıb. Qərara əsasən, qüvvədə olan Şengen vizasına sahib xarici ölkə vətəndaşlarının sözügedən ərazilərə daxil olmaq üçün Fransa nümayəndəliklərindən ayrıca viza alması məcburi olub.
Fransa qanunvericiliyinə əsasən, Qvadelupa, Martinika, Fransa Qvianası, Reyunyon, Mayotta, Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), eləcə də Uollis və Futuna Şengen zonasından kənarda saxlanılır. Bu əraziləri ziyarət etmək istəyən viza tələb olunan bütün əcnəbilər materik Fransasından alınmış vizadan asılı olmayaraq, ayrıca xaricdəki ərazi vizası əldə etməlidirlər.
Fransanın rəsmi viza portalı “France-Visas”ın aktual siyahısında Türkiyə xüsusi xaricdəki ərazilərə viza güzəşti tətbiq olunan ölkələr sırasında yer almır. Bu səbəbdən Türkiyə vətəndaşları çoxgirişli və uzunmüddətli Şengen vizasına malik olsalar belə, sözügedən ərazilərə səfər etməzdən əvvəl Fransanın Ankara səfirliyi və ya İstanbul Baş Konsulluğu vasitəsilə əlavə viza üçün müraciət etməlidirlər.
Vüsalə









