media-whatsapp-image-2026-08-26-at-11-02-37

Dronlar Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərində yerləşən “Wildberries” logistika mərkəzinə hücum edib.

ERAmedia xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın təxminən 40 min kvadratmetr ərazini əhatə edib. İlkin məlumata əsasən, mərkəzin bir əməkdaşı xəsarət alıb. Təhlükə siqnalı verildikdən sonra işçilər obyekt ərazisindən təxliyə edilib.

Bildirilir ki, hadisə zamanı obyektə yeni məhsul tədarükü həyata keçirilməyib.

Monitorinq üzrə fəaliyyət göstərən “Exilenova+” Telegram kanalının məlumatına görə, pilotsuz uçuş aparatları Nijni Novqorod vilayətində yerləşən “LUKOIL-Nijni Novqorodnefteorqsintez” neft emalı zavoduna da hücum edib.

Sözügedən müəssisə Rusiyanın ən iri neft emalı zavodlarından biridir. Zavodun layihə üzrə illik emal gücü təxminən 17 milyon ton neft təşkil edir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər