media-trump-putin-zelenskyy-gty-jef-250808_1754654752883_hpmain

Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın yeni sülh planlarının detalları bəlli lub.

ERAmedia xəbər verir ki, bu barədə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın nümayəndələri – Stiv Uitkoff və Cared Kuşnerlə keçirilən görüşündən sonra məlumat verilib.

Qeyd olunub ki, Ukrayna aşağıda qeyd olunan 6 şərti qəbul etsə, sülh olacaq.

– Ukrayna Donbasdan imtina etməli və qoşunlarını bölgədən çıxarmalıdır.

– Ukrayna Konstitusiyasına ərazilərdən imtinanı təsbit edən dəyişikliklər edilməlidir.

– Ukraynada seçkilər keçirilməlidir.

– Ukrayna NATO-ya üzv olmaqdan imtina etməli və qeyri-blok statusunu konstitusion olaraq təsbit            etməlidir.

– Ukrayna Silahlı Qüvvələrinin sayına məhdudiyyət qoyulmalıdır.

– Ukraynada rus dilinin müdafiəsi təmin edilməlidir.


media-adspc

Bənzər xəbərlər