Xamneyidən sərt açıqlama: “Sayılı günləri qaldı”
İran ilə İsrail arasında artan gərginlik Tehrandan gələn son bəyanatla daha da kəskinləşib.
ERAmedia xəbər verir ki, İranın ali lideri Müctəba Xamneyi ölkəsinin İsrailə qarşı həyata keçirdiyi raket hücumundan sonra İsrail rəhbərliyinə qarşı sərt ifadələr işlədib.
Xamneyi sosial media hesablarında paylaşdığı mesajda İsraili hədəf alaraq bildirib ki, “Sarsılan sionist rejimin nəfəsinin sayılı günləri qalıb”.
İran liderinin sözlərinə görə, İsrailin atəşkəsi pozaraq Livana hücumlar təşkil etməsinə cavab olaraq İran tərəfindən İsrailə raket zərbələri endirilib.
Qeyd edək ki, İran və İsrail arasında son günlər qarşılıqlı hərbi əməliyyatlar və sərt bəyanatlar fonunda regionda gərginlik daha da artmaqdadır.










