media-yaponiya_country

Yaponiyanın Hokkaydo adasının sahillərində 6.0 maqnitudalı zəlzələ baş verib.

ERAmedia Yaponiya Meteorologiya İdarəsinə istinadən xəbər verir ki, yeraltı təkanlar adanın cənub sahilində yerləşən Urakava şəhəri yaxınlığında qeydə alınıb.

Zəlzələnin ocağı dəniz dibinin 40 kilometr dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.


media-adspc

Bənzər xəbərlər