media-1771824865_1

Kreml rəhbəri Vladimir Putin artıq Üçüncü Dünya Müharibəsinə başlayıb və hazırkı əsas vəzifə onun genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır.

ERAmedia xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib.

Müsahibə zamanı aparıcı qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden hakimiyyətdə olduğu dövrdə Putinin nüvə təhdidlərindən və Üçüncü Dünya müharibəsi riskindən narahat idi. Aparıcının hazırkı prezident Donald Trampın da eyni düşüncədə olub-olmadığı barədə sualına Zelenski belə cavab verib:

“Bizim Üçüncü Dünya müharibəsinə baxışlarımız fərqlidir. Mən hesab edirəm ki, Putin artıq ona başlayıb. Məsələ yalnız onun nə qədər ərazi ələ keçirə biləcəyi və onu necə dayandırmaqdır”, — deyə prezident bildirib.

O əlavə edib ki, bu məsələ təkcə Rusiyanın qalib gəlməməsi üçün deyil, həm də Moskvanın dünyaya fərqli həyat tərzi sırımaq və insanların seçdiyi həyat modelini dəyişmək istəyi ilə bağlıdır.

“Buna görə də hesab edirəm və çoxdan hesab edirəm ki, Putin bu müharibəni artıq başlayıb və bizim vəzifəmiz onun genişmiqyaslı Üçüncü Dünya müharibəsinə çevrilməsinə imkan verməməkdir”, — deyə Zelenski vurğulayıb.

Vural


media-adspc

Bənzər xəbərlər