media-56929104-b91c-3b90-9c09-c1bfe6176912_1200

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə açıq məktub ünvanlayaraq, iki liderin bir araya gələrək müharibəni birbaşa öz aralarında bitirməli olduğunu bildirib.

ERAmedia xəbər verir ki, Zelenski məktubu sosial media hesabında paylaşaraq Rusiyanın Ukraynaya qarşı müharibəni Putinin şəxsi siyasi qərarı kimi başladığını iddia edib.

O, Rusiyanın Donbas bölgəsini ələ keçirmək üçün döyüşləri davam etdirdiyini vurğulayaraq bildirib ki, “Bu il də Donetsk bölgəsini ələ keçirə bilməyəcəksiniz. Biz ukraynalılar isə daimi müharibə istəmirik. Müharibəsiz həyatın daha yaxşı olduğunu bilirik və buna nail olmaq istəyirik”.

Zelenski həmçinin Rusiyada əhalinin böyük hissəsinin də sülhə müsbət yanaşacağını düşündüyünü qeyd edib.

Ukrayna lideri müharibənin yalnız iki ölkə arasında bir formatda başa çatdırılmasını təklif edərək Putinlə birbaşa görüşə hazır olduğunu bildirib.

O, ABŞ-ın diqqətinin hazırda İran məsələsinə yönəldiyini deyərək, Avropadakı müharibənin taleyinin yalnız kənar güclərin gündəmindən asılı olmamalı olduğunu vurğulayıb.

Zelenski görüşün keçirilməsi üçün Türkiyə, İsveçrə və bəzi ərəb ölkələrini mümkün ev sahibi kimi göstərib: “Liderləri qəbul etmək ənənəsi olan ölkələr var. Türkiyə də onlardan biridir. Bu ölkələr görüşə ev sahibliyi edə bilər”.

O, müharibənin dayandırılması üçün konkret tarix təyin edilməsini təklif edərək, liderlərin birbaşa danışıqlar aparmasının vacibliyini qeyd edib.

Zelenski həmçinin müharibə boyunca əsirlərin qarşılıqlı dəyişdirilməsinə hazır olduqlarını bildirib və müzakirələr davam etdiyi müddətdə atəşkəs elan etməyə hazır olduqlarını vurğulayıb.

Sonda isə Ukrayna Prezidenti xəbərdarlıq edərək bildirib ki, əgər Rusiya müharibəni bitirmək istəməzsə, Ukrayna özünü müdafiə etməyə davam edəcək.

Vural


media-adspc

Bənzər xəbərlər