media-videoedited
media-g24cxeax0aeaqz0_1
media-shehidler_olmez_baner_full

Azərbaycan və Avropa İttifaqı (Aİ) Zəngəzur dəhlizinin gələcək perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi məsələlərini müzakirə ediblər.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.

“Brüsseldə Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasında iştirak etdik. Görüş zamanı Zəngəzur dəhlizinin gələcək perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi məsələlərini müzakirə etdik. Həmçinin ölkəmizlə Aİ arasında hava, dəniz və avtomobil nəqliyyatı sahələrində əməkdaşlıq, eləcə də nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində mövcud imkanlar və yeni təşəbbüslər barədə fikir mübadiləsi apardıq”, -paylaşımda qeyd edilib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər