Zəngilanda su təchizatı ilə bağlı işlərə başlanılır
Zəngilan şəhərinin su təchizatının yaxşılaşdırılması ilə əlaqədar müvafiq işlərə start verilir.
Bu işlər çərçivəsində şəhərin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə sənədləri hazırlanacaq.
Eyni zamanda, həmin qurğuların tikintisi çərçivəsində texniki-istismar üzrə tədqiqat və təlimatlandırma işləri həyata keçiriləcək.
Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi artıq bununla bağlı müvafiq işlərə başlayıb.
Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda qurum bəhs olunan işlərin 8,6 milyon manata başa gələcəyini proqnozlaşdırıb.