media-ads-728x90
media-17568993491391052248_1200x630
media-ads-728x90

Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə 4-cü Azərbaycan-Türkiyə Enerji Forumu keçiriləcək.

Energetika Nazirliyindən bildirilib ki, forumda karbohidrogen və neft-kimya, bərpaolunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur.

Forum çərçivəsində, həmçinin SOCAR Əliağa terminalına səfər planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan – Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.


media-ads-728x90

Bənzər xəbərlər