82 yaşlı müğənni seksual zorakılıqda ittiham olunur
Əfsanəvi ispan müğənnisi Xulio İqlesias qalmaqalın mərkəzinə düşüb. İki qadın, sənətçinin yanında işlədiyi müddətdə cinsi təcavüzünə məruz qaldıqlarını iddia edib. Bu, qorxutma, təzyiq və “zorakılığın normallaşdırılması” ilə xarakterizə olunub.
ERAmedia xəbər verir ki, bu barədə ispandilli “elDiario.es” nəşri məlumat yayıb və o da bildirilir ki, artıq İspaniya məhkəmə sistemi tərəfindən araşdırılır.
İddia olunan hadisələr 2021-ci ildə baş verən hadisələrlə bağlıdır.
Xulio İqlesias hazırda 82 yaşındadır. O, 1960-cı illərdən bəri İspan pop musiqisinin ən məşhur simalarından biri olub və dünya miqyasında on milyonlarla albom satıb.
Jurnalistlərin sözlərinə görə, nə müğənni, nə də vəkili istintaqın dərc olunmasından əvvəl çoxsaylı şərh sorğularına cavab verməyib. İqlesiasın Karib villalarından birinin meneceri isə iddiaları “tam cəfəngiyat” adlandırıb.
Materiallarda adı Rebeka kimi qeyd edilən ev işçisi olan qadın müğənninin axşamlar onu müntəzəm olaraq otağına çağırdığını və razılığı olmadan ona toxunduğunu söyləyib: “O, demək olar ki, hər gecə məndən istifadə edirdi. Özümü bir əşya, kölə kimi hiss edirdim”.
O vaxt 22 yaşı olan Dominikan vətəndaşı Rebeka həmçinin iddia edir ki, İqlesiasın onu başqa bir işçi ilə üçlü münasibətə məcbur etdirmiş. O, iddia edib ki, müğənni onun üzünə şillə vurub cinsiyyət orqanlarından tutub.
İkinci şikayətçi, Laura adlı venesuelalı fizioterapevt, sənətçinin onun dodaqlarından öpdüyünü və iradəsinə zidd olaraq sinələrinə toxunduğunu bildirib. O, həmçinin dəfələrlə onu işdən çıxarmaqla hədələyib, yemək vərdişlərini izləyib və menstrual dövrü ilə bağlı suallar verib. “O, mənə kök olduğumu və arıqlamaq lazım gəldiyini bildirib”.
O, tez-tez onun təkliflərini rədd etsə də, “Ona “yox” deyə bilməyən qızlar var idi – və o, onlarla istədiyini edirdi”.
Ural Dəyirmançı









