media-1655438579_fifa_world_cup_trophy

FIFA tarixində ilk dəfə olaraq yeni yaradılan “FIFA Forward Enterprise” strukturu vasitəsilə kənar investisiyalar cəlb etməyi planlaşdırır.

ERAmedia “Bloomberg”ə istinadən xəbər verir ki, yeni strukturun ümumi dəyəri 20 milyard dollar qiymətləndirilir.

Məlumata görə, FIFA təşkilatın media və kommersiya hüquqlarının həvalə ediləcəyi yeni şirkətin təxminən 20 faizlik səhmini sataraq investorlardan 4,2 milyard dollara qədər vəsait toplamağı hədəfləyir. Potensial investorlar arasında amerikalı sahibkar Coşua Kuşnerin “Thrive Eternal” fondu da yer alır.

Əldə olunan vəsaitin, o cümlədən milli futbol assosiasiyalarına ödənilən illik maliyyə dəstəyinin artırılmasına yönəldilməsi nəzərdə tutulur. Hazırda FIFA-ya üzv olan hər bir ölkə təşkilatdan ildə təxminən 2 milyon dollar alır.

Xatırladaq ki, DÇ-2026-nın finalında İspaniya millisi Argentinanı 1:0 hesabı ilə məğlub edərək çempion olub.


media-adspc

Bənzər xəbərlər