media-1785240855142910334_1200x630

Qazaxıstanın Almatı regionundan keçən dəmir yolunun Jetıqen-Kazıbek hissəsində rəqəmsallaşdırma prosesi tamamilə başa çatıb.

ERAmedia xəbər verir ki, bu barədə rəqəmsallaşma prosesini həyata keçirən “Qaz Rail Automatic” şirkəti məlumat yayıb.

Bildirilir ki, rəqəmsallaşdırma mikroprosessor bloklaşdırma sisteminin tətbiqi ilə həyata keçirilib, bu da yol açarlarını və siqnalları uzaqdan idarəetməyə imkan verir.

Rəqəmsallaşma nəticəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımaların həcmi artacaq, vaxt itkisi aradan qaldırılacaq və Qazaxıstandan tranzit olaraq Çindən Avropaya daşınan yüklərin hərəkət istiqamətini də izləmək mümkün olacaq.


media-adspc

Bənzər xəbərlər