media-52632fce-2c36-43b2-aeb7-e360752fb6e3

ABŞ-ın Ostin şəhərində silahlı insident baş verib. Hadisə nəticəsində üç nəfər həlak olub, daha 14 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi zərərsizləşdiriblər.

ERAmedia xəbər verir ki, Ostin polisinin rəhbəri Liza Devisin sözlərinə görə, silahlı şəxs şəhərin mərkəzində yerləşən barın qarşısından bir neçə dəfə avtomobillə keçib. Daha sonra o, avtomobilini saxlayaraq yolsuzluq avtomobilinin pəncərəsindən müəssisənin terrasındakı və giriş hissəsində olan insanlara atəş açıb.

Devis bildirib ki, hücum edən şəxs daha sonra avtomobili park edib, nəqliyyat vasitəsindən düşərək küçədə olan insanlara atəş açmağa davam edib. Hadisə yerinə gələn polis əməkdaşları cavab atəşi açaraq hücumçunu zərərsizləşdiriblər.

ABŞ Federal Təhqiqat Bürosu (FBI) insidentin terror aktı kimi qiymətləndirilə biləcəyini istisna etmir.

“Fox News” telekanalının hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, şübhəli şəxs 53 yaşlı, ABŞ vətəndaşlığına qəbul edilmiş kişi olub. Bildirilir ki, o, üzərində İran bayrağı təsviri olan köynək geyinib.


media-adspc

Bənzər xəbərlər