media-thumbs_b_c_d951bb89cb6c32d49973f7d9a798fef2

ABŞ Dövlət Departamenti amerikalı vətəndaşları İrandan dərhal çıxmağa çağırıb, ölkəni tərk etmək üçün Ermənistan və ya Türkiyə üzərindən quru yollarından istifadə etməyi tövsiyə edib.

ERAmedia xəbər verir ki, bu barədə qurumun saytında yayımlanan təcili xəbərdarlıqda bildirilir.

Xəbərdarlıqda qeyd olunur ki, ABŞ pasportunun olması İran hakimiyyəti tərəfindən saxlanılma üçün əsas ola bilər. Vətəndaşlara internetdə fasilələrin baş verə biləcəyi barədə xəbərdarlıq edilir və alternativ rabitə üsullarını əvvəlcədən planlaşdırmaları tövsiyə olunur.

“ABŞ vətəndaşları internetdə əlavə kəsintilərin olacağını gözləməli, alternativ əlaqə vasitələrini planlaşdırmalı və əgər təhlükəsizdirsə, İranı quru yolla Ermənistan və ya Türkiyə istiqamətində tərk etməyi nəzərdən keçirməlidirlər”, — deyə Dövlət Departamentinin məlumatında vurğulanır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər