Ancaq işğalçılarla yox, rənglərlə də savaşan RƏSSAM
Sosial şəbəkədə dostum, heç kimə oxşamayan sumqayıtlı rəssam İntiqam Ağayevin düşündürücü paylaşımı qarşıma çıxdı. Rəssam, öz Facebook səhifəsində dünyanın bugünkü əsas problemini özünəməxsus qaydada ifadə etməklə bərabər, qaldırdığı problemi şərh edirdi. Fikirlər həyat fəlsəfəsi barədə deyildi, həyatın özünün ölüm-qalım məsələsi ilə bağlı idi:
Quraqlıqda ölmüş öküz və balıq , bu artıq təkcə təbiət faciəsi deyil, sistemin çökməsidir.
Nələrin sonudur?
Köhnə bolluq anlayışının sonu.
Öküz — torpaq, əmək, kənd, insan gücü deməkdir. Onun ölümü göstərir ki, torpaq artıq insanı saxlamaq üçün tükənmək üzrədir.
Suyun əbədiliyinə inamın sonu.
Balıq suyun özüdür. Balığın quraqlıqda ölümü “su həmişə olacaq” düşüncəsinin yalan olduğunu deyir.
İnsanın hökmranlıq dövrünün sonu.
İnsan özünü təbiətin sahibi sandı. Bu səhnə göstərir ki, o, sadəcə bir hissə idi.
Nələrin başlanğıcıdır?
Oyanışın başlanğıcı.
Faciə olmadan insan dəyişmir. Bu ölüm — xəbərdarlıqdır.
Yeni məsuliyyət dövrü.
Artıq məsələ “istifadə” yox, “qoruma”dır.
Səssiz sualların başlanğıcı: Öküz quruda, balıq suda ölürsə — deməli, nə torpaq torpaqdır, nə su sudur.
Bu, dünyanın tarazlıqdan çıxdığını göstərən simvoldur.
Bu həm də insanın öz kökünü itirməsinin rəsmdir.
Son nöqtə hələ qoyulmayıb.
Əgər baxan bu rəsmdən narahat olursa — deməli, başlanğıc oradadır.
P.S. Xatırladım ki, cəmiyyətimizin yaradıcısı cameəsində nadir rastlaşa biləcəyiniz İntiqam Ağayev bir rəsmi ilə 3 il əvvəl diqqətimi çəkmiş və onunla bağlı AZƏRTAC-da bir yazı yazmışdım:










