media-whatsapp-image-2026-07-28-at-11-20-47

Antalya şəhərinin Kaş rayonunda meşə yanğını başlayıb.

ERAmedia xəbər verir ki, meşə yanğınını söndürmək üçün yanğınsöndürmə texnikaları və canlı qüvvə cəlb edilib.

Yanğın Üzümlü məhəlləsindəki meşəlik ərazidə hələlik müəyyən edilməmiş bir səbəbdən baş verib.

Məlumatdan sonra əraziyə Antalya Meşəçilik Regional Müdirliyinin və yanğınsöndürmə briqadalarının qrupları göndərilib.

İlk olaraq yanğının söndürülməsinə 6 helikopter, 3 təyyarə, 14 su tankeri, 5 su təchizatı maşını, 2 ilkin yardım maşını və 135 meşə təsərrüfatı işçisi cəlb olunub.

Külək səbəbindən yayılan yanğını nəzarət altına almaq üçün qruplar havadan və qurudan səylərini davam etdirirlər.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər