Azərbaycan neftinin qiyməti 68 dolları keçib
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb.
ERAmedia xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,83 ABŞ dolları və ya 1,2% artaraq 68,31 ABŞ dolları təşkil edib. Azərbaycan neftinin əvvəlki qiyməti 67,48 ABŞ dolları idi.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.