media-ads-728x90
media-464366086_0_0_1200_676_1920x0_80_0_0_5bc97ce4abc4ead9707a9dfa4b9f3e2a
media-ads-728x90

Bakı və Moskvaın birgə fəaliyyət üçün əsas istiqamətləri müəyyən ediblər. Rusiya Azərbaycanın ticarət dövriyyəsində ön sıralardadır.

ERAmedia TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Overçukun sözlərinə görə, hər iki ölkə üçün prioritet sahələr enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafıdır.

“Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalıdır. Prioritetlərimiz sırasında regionda nəqliyyat bağlantılarının inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının möhkəmləndirilməsi, energetika sahəsində əməkdaşlıq, sənaye kooperasiyasının inkişafı, o cümlədən gəmiqayırma və kənd təsərrüfatı sahəsində və Xəzərdə əməkdaşlıq var,” – deyə Baş nazirin müavini bildirib.

O qeyd edib ki, tərəflər turistlərin Xəzəryanı ölkələrin limanlarına səyahət edə biləcəyi kruiz marşrutlarının açılmasına dəstək vermək barədə razılığa gəliblər. Bu təşəbbüs, həm turizmin inkişafına, həm də Xəzər regionunda qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Xatırladaq ki, bu gün Həştərxanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilir. Görüşdə hər iki ölkənin müxtəlif nazirlik və dövlət qurumlarının nümayəndələri, gömrük xidmətləri, bank sektorunun təmsilçiləri daxil olmaqla 40-dan çox rəsmi iştirak edir.

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri – Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.


media-ads-728x90

Bənzər xəbərlər