media-whatsapp-image-2026-07-27-at-10-54-34

ABŞ-də narkotik qaçaqmalçılığı və silah ittihamları ilə dörd ildən çox həbsdə qalan Hondurasın sabiq prezidenti Xuan Orlando Ernandes ABŞ prezidenti Donald Tramp tərəfindən əfv edildikdən sonra vətəninə qayıdıb.

ERAmedia xəbər verir ki, Ernandesin təyyarəsi Komayaqua şəhərindəki hava limanına enib. Onu hava limanında ailə üzvləri və tərəfdarları qarşılayıblar.

Xuan Orlando Ernandes 2014–2022-ci illərdə Hondurasın prezidenti vəzifəsində çalışıb. O, 2024-cü ilin iyun ayında Nyu-York münsiflər heyəti tərəfindən narkotik qaçaqmalçılığı və odlu silahdan istifadə ittihamları üzrə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlamasında Ernandesin keçmiş Prezident Co Bayden administrasiyası tərəfindən təşkil olunduğunu iddia etdiyi siyasi sui-qəsdin qurbanı olduğunu bildirib və onu əfv edəcəyini açıqlamışdı.

Bundan sonra narkotik qaçaqmalçılığı ittihamı üzrə Donald Trampın əfv qərarı ilə Xuan Orlando Ernandes həbsdən azad edilib və ölkəsinə qayıdıb.


media-adspc

Bənzər xəbərlər