media-whatsapp-image-2026-09-02-at-11-38-21

42 yaşlı Tipen Ozye Fransanın birinci xanımı Bricit Makronun qızı 22 yaşlı tələbə Antuan Lekontla münasibətə başlayıb.

ERAmedia xəbər verir ki, bu cütlük arasındakı 20 illik yaş fərqi Tipenin anası Bricit Makronun sevgi hekayəsini xatırladır.

Tipen İnstaqram hesabında Antuanla birlikdə Amsterdam səfəri zamanı çəkilmiş və onların xoşbəxt göründüyü videonu paylaşıb.

Məlumata görə, cütlük bu ilin yayında Fransanın şimal-qərb sahilində yerləşən, dəbdəbəli kurort şəhəri Le-Tukedə tanış olub.

Həmin vaxt Lekont burada kaytsörfinq üzrə təlimatçı işləyib. Məhz o, Tipenə elektrikli sörf lövhəsinin bir növü olan elektrofaylda sürməyi öyrədib.

Prezidentin ögey qızının yaxın dostu Fransanın “Gala” jurnalına bildirib ki, onların arasında ilk gündən qarşılıqlı simpatiya yaranıb. Mənbənin sözlərinə görə, onların çoxlu ortaq maraqları var: Le-Tukeyə və adrenalini sevən fəaliyyətlərə, eləcə də səyahətə və sahibkarlığa maraq.

Tipenin yeni münasibəti onun fransalı məşhur televiziya aparıcısı Kirill Hanuna ilə ayrılmasından sonra başlayıb. Onların münasibəti 2026-cı ilin mayında başa çatıb.

Bildirilir ki, Tipen artıq Lekontu 12 yaşlı qızı Eliza və 10 yaşlı oğlu Orellə tanış edib.

Tipen Ozye hüquqşünas və siyasətçidir. Onun yeni sevgilisi özündən 20 yaş kiçikdir.

Cütlük arasındakı yaş fərqi isə istər-istəməz Tipenin anası Bricit Makronla Fransa Prezidenti Emmanuel Makron arasındakı münasibətlərlə müqayisələrə səbəb olur. Hazırda Bricitin 73, Emmanuel Makronun isə 48 yaşı var.

Bricit və Emmanuelin sevgi hekayəsi prezident hələ məktəbli olarkən başlayıb. Makron Bricitlə 15 yaşında tanış olub. Həmin vaxt Bricit Amiendəki “La Providence” özəl məktəbində müəllim işləyirdi və Emmanuel də həmin məktəbdə təhsil alırdı.

O dövrdə 39 yaşlı Bricit Andre-Lui Ozyeylə evli idi və onun üç övladı vardı. Onun yeniyetmə Emmanuel Makronla münasibəti barədə xəbər yayıldıqdan sonra Makronun valideynləri oğullarını başqa məktəbə köçürüblər.

Gələcək prezidentin anası Fransuaza Nojez-Makron daha sonra Emmanuel Makronun bioqrafı Ann Fuldəyə ailənin baş verənlərdən şoka düşdüyünü danışıb. Onun sözlərinə görə, Emmanuel Bricitlə tanış olanda ailə bunu asanlıqla qəbul edə bilməyib.

Fransuaza bildirib ki, onu ən çox narahat edən oğlunun Bricitə olan münasibətindən daha çox, Emmanuelin başına hər hansı bir iş gəlməsi olub.

Makronun atası Jan-Mişel Makron isə bu xəbəri eşidəndə “az qala stuldan yıxıldığını” etiraf edib.

Tipenin cəmi doqquz yaşı vardı ki, anası ilə Emmanuel Makron arasında münasibət başladı. O, sonralar həmin dövrü xatırlayaraq onların bir-birinə çox bağlı olduğunu və bunun onun üçün olduqca çətin olduğunu deyib.

Bununla belə, münasibətlərinin qeyri-adi şəraitdə başlamasına baxmayaraq, Tipen sonradan anası ilə Emmanuelin sevgi hekayəsinin onun həqiqi sevgi anlayışını formalaşdırdığını bildirib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər