Bu məkan Azərbaycan-Türkiyə qardaşlığının rəmzidir – Deputat
Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan və Türkiyə qardaşlığının tarixi bağlarından, müstəqillik uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ehtiramın əhəmiyyətindən danışıb.
ERAmedia-nın məlumatına görə, Fazil Mustafa şəhid Türk əsgərinin anıtını ziyarət etməyi vəfa borcu hesab etdiyini bildirib. O qeyd edib ki, müstəqilliyimiz uğrunda həyatlarını itirənlərin xatirəsi hər zaman ehtiramla yad edilməlidir.
Deputat vurğulayıb ki, bu ziyarətlər zamanı itirilən 10 dəqiqəni deyil, qazanılan mənəvi dəyəri və savabı düşünmək lazımdır. Onun sözlərinə görə, həmin anıt yalnız bir şəhidin uyuduğu məkan deyil, həm də iki qardaş dövləti birləşdirən sarsılmaz ruhun dirilişinin başladığı yerdir.
Fazil Mustafa Nuri Paşanın komandanlığı altında qəhrəman Qafqaz İslam Ordusunun şəhid əsgərlərinin, eləcə də müstəqillik uğrunda canından keçən bütün şəhidlərin ruhuna rəhmət diləyib.
Əli Fərhad










