media-minneapolis-skyline-gi-1024x683

Minnesota ştatının hakimiyyət orqanları ştat ərazisində ABŞ-ın İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) əməkdaşlarının yerləşdirilməsinə görə federal hökumətə qarşı məhkəmə iddiası qaldırıb.

ERAmedia bildirir ki, bu barədə Minnesota ştatının baş prokuroru Kit Ellison məlumat verib.

Onun sözlərinə görə, ICE qüvvələrinin ştatda fəaliyyət göstərməsi “konstitusiyanın və federal qanunun pozulmasıdır”. O qeyd edib ki, iddia Minnesota ştatının dairə məhkəməsinə verilib. İddiaçılar Minneapolis və Sent-Pol şəhərləri, cavabdehlər isə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və ICE-dir.

Bundan əvvəl “The Minnesota Star Tribune” qəzeti yazıb ki, ICE-in fəaliyyətinə qarşı keçirilən etiraz aksiyaları zamanı Minneapolis polisi 30 nəfəri saxlayıb. Etirazlar polis əməkdaşının bir yerli sakini güllələməsindən sonra baş verib. Aksiyalar zamanı bir polis əməkdaşı da xəsarət alıb.

Atışma insidenti 7 yanvar tarixində Minneapolisdə qeyri-qanuni miqrantların axtarışı əməliyyatı zamanı baş verib. ICE əməkdaşları yolun ortasında avtomobilini saxlayan qadından maşından düşməsini tələb ediblər. Avtomobil irəli hərəkət etməyə başlayanda, xidmət əməkdaşlarından biri sürücüyə atəş açıb. Aldığı xəsarətlərdən qadın dünyasını dəyişib. Şəhər meri Ceykob Frey ICE əməkdaşlarının hərəkətlərini məsuliyyətsiz adlandıraraq, xidmətin şəhəri tərk etməsini tələb edib. Minnesota qubernatoru isə baş verənlərlə bağlı “tam, ədalətli və operativ araşdırma” aparılacağını vəd edib.

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem isə bildirib ki, ICE şəhərdə fəaliyyətini davam etdirəcək. Onun sözlərinə görə, qadını vuran ICE əməkdaşı özünümüdafiə məqsədilə və təlimatlara uyğun hərəkət edib. ABŞ prezidenti Donald Tramp da bu mövqeni dəstəkləyib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər