Çindən Azərbaycana yeni multimodal daşımalar başladı
Çinin Qaşqar şəhərindən Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan marşrutu üzrə ilk beynəlxalq multimodal konteyner daşıması başlayıb.
ERAmedia bu barədə Xarici mediaya istinadən xəbər verir.
Yüklər Siyan və Çendu şəhərlərindən dəmiryolu nəqliyyatı vasitəsilə Qaşqara, oradan avtomobil nəqliyyatı ilə Oşa daşınır. Daha sonra isə Oşdan dəmiryolu vasitəsilə Türkmənistan limanına, buradan da Bakıya dəniz yolu ilə çatdırılır.
Bildirilib ki, marşrutun işə salınması ticarət və logistika əməkdaşlığını gücləndirir, daşımaların səmərəliliyini artırır və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Asiya və Avropa arasında yeni nəqliyyat dəhlizinin inkişafına töhfə verir.