media-abbas_eraqci

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə danışıqların, əvvəlcədən elan edildiyi kimi, fevralın 6-da Omanda keçirilməsi planlaşdırılır.

ERAmedia bildirir ki, A.Əraqçi bunu sosial mediada yazıb.

“ABŞ ilə nüvə proqramı barədə danışıqların cümə günü (fevralın 6-da – red.), təxminən saat 10:00-da Maskatda (Omanın paytaxtı) keçirilməsi planlaşdırılıb. Bütün lazımi tədbirləri gördüklərinə görə omanlı qardaşlarımıza minnətdaram”, – açıqlamada deyilir.

Daha əvvəl “Axios” jurnalisti Barak Ravid mənbələrinə istinadən Tehranın nüvə proqramı ilə bağlı fevralın 6-da Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının ləğv edildiyini bildirmişdi. “Axios”un məlumatına görə, bu, tərəflərin danışıqların formatı barədə razılığa gələ bilməməsi ilə bağlıdır.


media-adspc

Bənzər xəbərlər